Agentplus-logo

AGENT PLUS PROQRAMI NƏDİR ?

Agentplus Proqrami

“Agent Plus: Mobil Ticarət” tətbiqi Android ƏS əsasında mobil cihazlardan istifadə edərək satış təmsilçilərinin (ekspeditorların) işini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Tətbiq topdansatış və paylama şirkətlərinin, istehsal müəssisələrinin satış təmsilçiləri, yəni vəzifələrinə pərakəndə satış məntəqələrinə baş çəkmək, anbardan malların tədarükü üçün sifariş toplamaq üçün istifadə olunur.


Proqramın xüsusiyyətləri və imkanları:


1. Müştərilərdən sifarişlərin toplanması (soyuq satış)

2. Satılmış malların pullarının yığılması (kassa mədaxil)

3. Bortlar arası malların yerdəyişmə imkanı

4. Rutlar üzrə hərəkət planı (xəritə üzrə marşrut)

5. Ticarət nöqtələrinin koordinatlarının qeyd olunması

6. Bortdan birbaşa satış (İsti satış)

7. Malların geri qaytarılması

8. Mərkəzi anbarın qalıqlarının izlənilməsi və online mübadilə

9. Satış nöqtəsində sənədlərin operativ icrası və çapı

10. Təmsilçilərə online tapşırıqların verilməsi və icrasının izlənilməsi

11. Təmsilçilərin hərəkətinin xəritədə online izlənilməsi

12. Merçendayzinq

13. Əməliyyatların şəkillərini çəkib mərkəzi bazaya göndərilməsi

14. Ofis və satış agenti arasında uzaqdan məlumat mübadiləsi və s. funksiyalar

15. Kassa aparatları ilə işləmək imkanı

Agent Plus: Mobil Ticarət

Əlavə məlumat üçün mütəxəssislərimizlə aşağıdakı düyməyə klikləyərək əlaqə saxlaya bilərsiniz :