IT XİDMƏTLƏRİ

Web Saytların hazırlanması

Dijital dünya, biznesinizin uğurlu olması üçün mükəmməl imkanlar təqdim edir. Biz müasir veb təcrübəsi ilə sizin markanızın dijital varlığını maksimuma çıxarmağa kömək edirik. Biznesinizin tələbinə uyğun olaraq, şirkətinizin dijital dəyərini artırmaq üçün invidual saytlar təklif edirik. Biz dizayn, kodlaşdırma, SEO optimallaşdırma və digər lazımi xüsusiyyətləri təmin edərək, hər bir müştəri üçün özəl, istifadəçi-dostu veb saytlar hazırlayırıq. Web saytlarımız müasir və dinamikdir, ən son texnologiyaları və yenilikçi yanaşmaları istifadə edərək sizin biznesinizin virtual dünyada özünü ayırd etməsi üçün çoxfunksiyalı, cəlbedici veb saytlar yaradır. Biz sizin markanızı və müştərilərinizin tələblərini nəzərə alaraq, ən yaxşı həlləri təklif edirik. Admin panel vasitəsi ilə rahatlıqla idarə oluna bilən saytlarımız, xidmətinizdə baş verən dəyişiklik və yenilikləri saytınızda əks etdirməyə şərait yaradır. Web saytınız biznesinizin onlayn üzüdür və biz bunu mükəmməl etməyə hazırıq. Biznesinizi dijital dünyada uğurla təmsil etmək üçün bizimlə əlaqə saxlayın.

Web Saytların hazırlanması

Mobil Tətbiqlərin Hazırlanması

Mobil tətbiq dünyası hər gün daha da böyür və biz sizin biznesinizi bu dünyaya sürətlə, səmərəli və effektiv şəkildə daxil etmək üçün buradayıq. Bizim komandamız Android və IOS platformaları üçün özəl, istifadəçi-dostu və funksiyalı mobil tətbiqlər hazırlayır. Biz, sizin müştərilərinizə daha yaxşı xidmət göstərə bilməyiniz üçün mükəmməl mobil tətbiq hazırlaya bilərik. Tətbiqlərimiz, sizin biznesinizin məhsul və xidmətlərini təqdim etmək, müştəri ilə əlaqəni yaxşılaşdırmaq və satışları artırmaq üçün mükəmməl bir vasitədir. Biz hər bir tətbiqin dizaynına, istifadəçi təcrübəsinə və təhlükəsizliyinə diqqət yetiririk. Android və IOS tətbiqlərimiz həm səmərəli, həm də intuativ olaraq işləyir, istifadəçilərinizi cəlb edir və onları daimi müştərilərə çevirir. Əgər siz öz biznesinizin mobil dünyada daha geniş bir çıxış tapmasını istəyirsinizsə, bizimle əlaqə saxlayın. Biz sizin biznesinizin ehtiyaclarını və hədəflərini öyrənib, sizin üçün ən yaxşı mobil həlləri təklif edəcəyik.

Mobil Tətbiqlərin Hazırlanması

İdarəetmə sistemləri

Şirkətlərimizin ən böyük problemlərindən biri də, məlumat bazasının və iş planının düzgün şəkildə idarə edilməməsidir. Dövrümüzdə müştəri bazasının düzgün idarə edilməsi, gəlir və xərclərin rahat hesablanması, iş prosesimizdə avtomatlaşdırıla bilən sistemlərin insan əməyindən çıxarılması və bunun kimi həllər ilə, satış qabiliyyətinizi artırmaq ilə yanaşı, iş yükünüzün də azalmasına nail ola bilərsiniz. İş prosesinizdə sizi yoran və bezdirici işlər, hər gün vaxtınızı alan proseslərin, sistemsiz işləməyin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulan proqram təminatları, tətbiq sahəsinə görə mobil və ya komputer vasitəsi ilə rahatlıqla həll ediləcək. Proqram təminatlarında hazır modullardan istifadə etmək əvəzinə, məhz sizin üçün hazırlanmış modullar yazırıq. Bu isə, artıq yükün olmamasına, sürətli və rahat bir interfeysə zəmin yaradır. İş prosesinizi sizdən öyrəndiyimiz üçün, proqram təminatının gördüyü bütün proseslər aydın və təhlükəsiz şəkildə hazırlanacaq. Hər bir proqram təminatımız üçün xüsusi dəstək xidmətimiz isə, ortaya çıxası problemlərin rahatlıqla həllini tapmasına təminat yaradacaqdır.

İdarəetmə sistemləri

SMM və SEO

Dijital dünya hər gün genişlənir və biz sizin markanızın bu dünyada öz yerini tapması üçün buradayıq. Bizim SMM (Sosial Media Marketing) və SEO (Search Engine Optimization) xidmətlərimiz, sizin biznesinizi dijital sahədə uğurla təmsil etmək üçün ən güclü alətlərdən biridir. SMM xidmətlərimiz, sizin markanızın sosial media platformalarında görünməsini təmin edir. Biz, sizin müştərilərinizlə birbaşa əlaqə qurmanızı və onların tələblərinə və maraqlarına cavab verən məzmun yaratmanızı təmin edən strategiyalar təklif edirik. Bizim komandamız, sizin markanızın sosial media platformalarında mükəmməl bir təsir yaratmasına kömək edəcək. SEO xidmətlərimiz isə, sizin web saytınızın axtarış motorlarında daha yaxşı sıralanmasını təmin edir. Biz, axtarış motoru optimizasiyasında ən son yenilikləri və taktikaları tətbiq edərək, sizin web saytınızın görünürlüyünü artırırıq. SEO strategiyamız, sizin web saytınızın axtarış nəticələrində daha yüksək sıralanmasını təmin edərək, daha çox müştəri cəlb etməyə yardımcı olur.

SMM və SEO

Dizayn Xidmətləri

Bizim kreativ və təcrübəli dizayn komandamız sizin vizual kommunikasiya hədəflərinizi həyata keçirmək üçün buradadır. Biz, sizin markanızın mənasını və dəyərlərini görsəlləşdirmək, və sizin müştərilərinizə cəlbedici və unudulmaz təcrübə yaratmaq üçün geniş bir dizayn xidmətləri təklif edirik. Dizayn xidmətlərimiz sizin markanızın hər bir elementinin mənasını ifadə edən özəl və effektiv dizayn həlləri təklif edirik. Şirkətiniz üçün lazım olan şəxsi üslubun formalaşdırılması, logo, sosial şəbəkə postlarının hazırlanması, sizə özəl vizitka, qələm, bağlama və bunun kimi bütün dizayn xidmətlərimizi istifadə edərək, bir birini tamamlayan bir səliqəli üsluba sahib ola bilərsiniz. Kreativ və xoşagələn dizaynlar müştərilərinizin sizə olan baxışını müsbət istiqamətdə dəyişərək, müştəri bazanızı və satış qabiliyyətinizi artırmaq uğrunda yeni bir addım olacaq.

Dizayn Xidmətləri

Web sayt nümunələri Saytlarin yaradilmasi

Nümunələrlə tanış olmaq üçün yuxardakı pdf formasını yükləyə bilərsiniz.

veb saytlarin hazirlanmasi