Avadanlıqların və orada saxlanılan məlumat bazaları ilə bağlı problemlərdən heç kim yüz faiz sığortalanmayıb. Gah elektrik təchizatı xətalı işləyəcək, gah yeni bir virus sistemə düşəcək, gah da təcrübəsiz bir işçi təsadüfi şəkildə məlumatları siləcək, dəyişdirəcək, yanlış saxlayacaq. Və artıq proqram sistem xətaları göstərir, hesabatın məlumatları isə inadla "uyğun gəlmir"... Xoşbəxtlikdən, məlumat bazasının auditini vaxtında sifariş etməklə, bu problemi asanlıqla həll edə və hətta onun yaranamasının qarşısını almaq olar.
1C-informasiya bazalarının auditi - proqram xətalarının aşkarlanması və aradan qaldırılması məqsədilə tətbiq olunan tədbirlər kompleksidir. Audit vasitəsilə proqramın cari vəziyyəti, parametrlərin düzgünlüyü və avtomatlaşdırılmış sistemlərin təkmilləşdirilməsi müəyyənləşdirilir. Auditin məqsədi - 1C məlumat bazanızda məlumatların doğruluğunu, ilkin sənədlərin qeydiyyatının düzgünlüyünü yoxlamaq və reqlament prosedurları ilə işləməyə yönəlmiş, «1C: Müəssisə 8» məlumat sisteminin xətasız, fasiləsiz və effektiv işləməsini təmin etməkdir.
Xidmət çoxlu sayda registrləri olan sistemlər üçün xüsusilə aktualdır. 1C-də ən sadə əməliyyat kimi görünə bilən yanlış qeydiyyat, bundan sonra gələn hesablamaların etibarsız olmasına və ya yanlış hesabat məlumatları əsasında idarəetmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Yanlış uçotun nəticəsi isə mühüm iqtisadi zərərlərə, cərimələrə və cəzalara səbəb ola bilər.
Şirkətimiz proqramınızda mövcud olan məlumatların keyfiyyətilə bağlı Sizə dəstək olacaq, irrasional qərarları və səhvləri aşkarlamağa, sistemi optimal vəziyyətə gətirmək üçün həll yollarını müəyyən etməyə kömək edəcəkdir.
Audit çərçivəsində şirkətimizin mütəxəssisləri proqramınızda sənədlərin qeydiyyatının düzgünlüyünü, registrda yerləşən məlumatların doğruluğunu, reqlament prosedurları ilə işin ardıcıllığını yoxlayacaqlar. Bazanızın analizi əsasında mütəxəssis problemli əməliyyatları, registrları müəyyən edəcək, onların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq və aşkar edilən problemlərin həllinə dair plan tərtib edəcək.
Bu işdə ən mühüm amil - sistemdən kənar olan, peşəkar, obyektiv, situasiyanı sürətli analiz edən, mövcud təcrübə əsasında hal-hazırda yaranan problemlərin həlli üçün Sizə tövsiyələr verə bilən mütəxəssislərdir.
Əgər Siz - mühasib, baş mühasib və ya maliyyə şöbəsinin rəhbərisinizsə, o zaman 1C məlumat bazasının vaxtında yoxlanılması, mühasibat uçotunda səhvləri tapmaq və bərpa etmək büdcə xərclərinizi optimallaşdırmağa kömək edəcəkdir.
Əgər Siz - rəhbərsinizsə, audit vasitəsilə həmişə uçotun düzgün aparıb-aparılmadığını yoxlaya bilərsiniz və (qeyri-dəqiqliklər aşkarlandıqda) işçilərin işində hansı səhvlərin olduğunu anlamaq imkanınız olacaq.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Əlaqə