İstənilən biznesin əsas məqsədi - qazanc əldə etməkdir. Bunun üçün dəqiq məlumatlara və analitikaya əsaslanaraq qərarlar qəbul etmək lazımdır. Qlik Sense, Power BI və 1C: Analitika kimi BI sistemləri şirkətlərə böyük həcmdə məlumatları emal və təhlil etmək, onları vizuallaşdırmaq və gizli tendensiyaları və əlaqələri aşkar etmək imkanı verirlər. Bu məhsullar biznes performansını təhlil etmək üçün güclü alətlər təqdim edir. Hər üç BI sistemi müxtəlif mənbələrdən məlumatların toplanması, vizuallaşdırılması və təhlili imkanları, hesabatlar və idarə panelləri, eləcə də digər müəssisə idarəetmə sistemləri ilə inteqrasiya kimi bir çox faydalı xüsusiyyətlərə malikdir.
Qlik Sense-məlumatların, hesabatların, informasiya
panellərinin və idarə olunan analitikanın vizuallaşdırılmasını təmin
edən vizual analitika alətidir. Qlik Sense müasir açıq
API-lərdən istifadə edərək fərdi, daxili və idarə olunan analitik
proqramlar yaratmağa imkan verən
Qlik Analytics Platformasına əsaslanır.
Qlik Sense sizə vizual təsvirlərin birləşmələrini cəld
yaratmağa, məlumatları dərindən araşdırmağa, əlaqələri dərhal
müəyyən etməyə və istənilən perspektiv vəsaitləri nəzərdən keçirməyə
imkan verir.
Qlik Sense-in xüsusiyyətləri aşağıda təsvir edilmişdir:
• Asan interfeys və istifadə rahatlığı
• Asanlıqla quraşdırıla və dəyişdirilə bilən interaktiv tablolar və
hesabatlar
• Dəyişə bilən filtrlər və seçimlər sistemi
• Müxtəlif mühasibat sistemləri ilə asan inteqrasiya
• Daxili məlumatlarda təhlil funksiyaları və əlaqələrin avtomatik
axtarışı
• Həm şirkət daxilində, həm də müştərilər, təchizatçılar və
podratçılarla birlikdə işləmək imkanı
• Yüksək performans və genişlənmə qabiliyyəti
• Bulud və lokal quraşdırmaların dəstəklənməsi
Power BI
real vaxt rejimində hesabatlar və daşbordlar yaratmağa imkan verən,
məlumatların təhlili və vizuallaşdırma vasitəsidir. Sistem bulud
məlumat mənbələri də daxil olmaqla, müxtəlif növ məlumat mənbələri
ilə inteqrasiya imkanı yaradır. Güclü analitik funksionallığı və
intuitiv rahat idarə edilə bilən interfeysi ilə
Power BI, iş analitikası və datalara əsaslanan vacib
qərarların qəbulu üçün ideal bir vasitədir.
Power BI-ın xüsusiyyətləri aşağıda təsvir edilmişdir:
• Microsoft məhsulları ilə inteqrasiya
• Vizuallaşdırma imkanları
• Fərdiləşdirilə bilən panellər
• Asan məlumat əldə etmə imkanı
• İnteraktiv idarəetmə panelləri
• Məlumat hesabatları
• Məlumat siyahılarının filtrlənməsi
1C: Analitika
- 1C: Müəssisə 8 platformasının bir hissəsi olan, hesabatlar və
tablolar yaratmaq üçün nəzərdə tutulan BI sistemidir. Vahid uçot
sistemindən 1C: Analitik -ə keçid imkanı verir və bu
sistemlə işləmək üçün əlavə giriş və ya hüquqlar tələb etmir. Rahat
şəkildə diaqramlar və qrafiklər yaratmağa, həmçinin filtrləri, çıxış
məlumatlarının tərkibini redaktə və əlavə etməyə imkan verir.
1C: Analitika-nın xüsusiyyətləri aşağıda təsvir edilmişdir:
• Diaqramlar, qrafiklər, cədvəllər və tablolar kimi geniş çeşidli
məlumatların vizuallaşdırılması alətlərindən istifadə imkanı.
• Biznes prosesləri haqqında daha dolğun təsəvvür əldə etmək üçün
1C: ERP və 1C: CRM kimi digər 1C sistemləri ilə inteqrasiya etmək
imkanı.
• "1С: Müəssisə" təyinatlı standart metadata mənbələrindən istifadə
imkanı
• Real vaxt rejimində məlumatların və hesabatların avtomatik
yenilənməsi.
• Qüsurların avtomatik yoxlanılması.
• Desktop-da və ya mobil cihazda brauzer vasitəsilə hesabatlara
baxmaq imkanı.
• 1С -lə xüsusi bilik və təcrübə olmadan işləmək imkanı.