STATUSLARIMIZ

Franchisee-logo

1C:Françayzinq

Əməkdaşlarımız -«1С» tərəfindən sertifikatlaşdırılmış,«1С» proqramının sadə quraşdırılması və konfiqurasiyasından başlayaraq proqramın digər paketlərlə inteqrasiyasına, istifadəçi təlimlərinə, mühasibat uçotunun və ofis işlərinin avtomatlaşdırılmasına qədər hərtərəfli xidmətləri yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərdir.

Real Avtomatlaşdırma-logo

1C:Real Avtomatlaşdırma Mərkəzi

Real Avtomatlaşdırma Mərkəzlərinin əməkdaşları tələblərin səmərəli müəyyən edilməsi texnologiyası üzrə təlim keçmiş və sertifikatlaşdırılmışdırlar – onlar «1С» standartlarına uyğun olaraq şirkətin biznes proseslərinin ilkin qiymətləndirilməsini tez və keyfiyyətli şəkildə aparmağa kömək edəcək və müştərinin biznes effektivliyini artırma metodlarını təklif edəcəklər.

1C-Bitriks tərəfdaşı

1C-Bitriks tərəfdaşı Bizim Bitriks üzrə mütəxəssislərimiz, işinizin analizini apararaq tələblərinizi müəyyənləşdirəcək və biznesinizin effektivliyini artırmaq məqsədilə həllər təklif edəcəklər. Həmçinin, internet-mağazaların, korporativ portalların, CRM sistemlərinin və biznesin avtomatlaşdırılmasının digər vasitələrinin tətbiqi də daxil olmaqla geniş əhatəli xidmətlər göstəririk.

ERP-logo

1C:ERP Mərkəzi - namizəd

statusuna malik tərəfdaş 1C ERP həllərinin müntəzəm satışı,tətbiqlərin həyata keçirilməsi, habelə digər tərəfdaşlar tərəfindən həyata keçirilən layihələrə nəzarət etmək hüququna malikdir.Status müəssisənin idarə edilməsi üçün «1С» şirkətinin ERP-həllərində səlahiyyətlərin olmasını ifadə edir; bütün alt sistemlər üzrə mütəxəssislər: Konsultantlar, sertifikatlı layihə menecerləri; uğurlu tətbiqlər; keyfiyyət idarəetmə sistemləri.