TEXNİKİ TAPŞIRIĞLARIN YAZILMASI

Həyatda tez-tez olur ki, insan gündəlik işlərdə belə nə istədiyini izah edə bilmir. Proqramçıya öz tapşırıqlarını izah etmə məsələsinə gəldikdə isə, insan çətinliklər yaşayır. Ancaq sifarişi tam başa düşmək üçün proqramçıya ətraflı Texniki Tapşırıq lazımdır.

Texniki tapşırıq nədir? Texniki tapşırıq - icra prosesinin əsas istiqamətlərini, tələblərini müəyyən edir və müəssisənin idarəetmə sisteminə 1C proqram həllərinin tətbiqində əsas rol oynayır. Bu, IT mütəxəssislərinin verilən tapşırığı həll etmək üçün yerinə yetirməli olduğu işlərin siyahısının ətraflı təsviridir.

Texniki tapşırığı kim yazmalıdır? İdeal olaraq, texniki tapşırıq müştəri tərəfindən tərtib edilməlidir - yalnız o, nəyə ehtiyacı olduğunu bilir. Amma praktikada, 1C sahəsində sifarişçinin aşağı səviyyəli biliklərindən dolayı bu işi adətən icraçıya vermək lazım gəlir. Sifarişçi öz ehtiyaclarını şifahi şəkildə bildirir, proqramçı (konsultant) isə bunu yazılı şəkildə rəsmiləşdirir.

Texniki tapşırığa nə olmalıdır?
  • Məqsəd - verilən texniki tapşırığı yerinə yetirərək qoyulan məqsədə nail olmaqdır;
  • Təsvir — qarşımızdakı gələcək təkmilləşdirmələrin qısa izahıdır;
  • İcra üsulu — məqsədin həlli üsullarının ətraflı təsviridir. Bu hissədə tapşırığın bütün nüanslarını proqramçının dilində təsvir etmək lazımdır: hansı registrlər, yaratdığımız redaktə etdiyimiz soraqçalar, interfeys necə görünməlidir və s. Əgər "proqramlaşdırma dilini" bilmirsinizsə, lakin "nəsə eşitmisinizsə", texniki dildə yazmağa çalışmamaq daha yaxşı olar - olduqca əyləncəli olduğu ortaya çıxır... Təsvir birmənalı olmalı və suallar yaratmamalıdır. Həmçinin, digər bir sahədə bənzər bir həllin nümunəsini də özündə əks etdirə bilər;
  • İşin qiymətləndirilməsi - çox vacib bir hissədir, əmək xərclərinin təsviridir.
Texniki Tapşırıq
Consulting
Biznesim üçün hansı faydalar var?
  • Texniki tapşırığın yazılmasına vaxt və resurs qənaəti;
  • İcraçı tərəfindən tələblərin dəqiq yerinə yetirilməsinə zəmanət;
  • Texniki mütəxəssislərlə “eyni dildə” danışmaq imkanı;
  • İş prosesi zamanı dəyişikliyin qarşısını almaq üçün büdcəyə əlavə qənaət etmək imkanı;
  • Müzakirəli anların yaşandığı təqdirdə həmişə əsaslanıla bilən aydın normativ sənədin yaradılması;
  • Sənəd təsdiq edildikdə onun hazırlanmasına görə ödəniş.

Peşəkar şəkildə hazırlanmış texniki tapşırıq – qoyulan məqsədin yerinə yetirilməsinin yarısıdır! İşinizi bizim mütəxəssislərimizə etibar edin və səmərəli, aydın, icraçılar tərəfindən başa düşülən və bütün tələblərinizi, arzularınızı nəzərə alaraq son məhsula uyğun olan sənədi əldə edin.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Əlaqə