Məhsul Haqqında

«1C-Bitriks: Saytın idarə edilməsi» proqram həlli 1C-Bitriks tərəfindən yaradılmış, inteqrasiya olunmuş kontent idarəetmə platforması (CMS) və e-ticarət idarəetmə sistemidir (CMS+CRM). Bu proqram həlli sadə saytlardan mürəkkəb internet-mağazalara və korporativ portallara qədər müxtəlif növ veb-saytların yaradılması, inkişafı və idarə edilməsi üçün bir çox alətləri özündə birləşdirir.

«1C-Bitriks: Saytın idarə edilməsi» veb saytların yaradılması və idarə edilməsi üçün geniş imkanlar təqdim edir:
• Saytın yaradılması və qurulması. Hazır şablonlar və dizayn konfiqurasiyası vasitələri ilə peşəkar veb saytınızı asanlıqla yarada bilərsiniz. Saytınız üçün unikal görünüş yaratmaq məqsədilə müxtəlif üslublar, tərtibatlar və rəng sxemləri arasından seçim imkanı.
• Kontentin idarəedilməsi. Saytınızdakı kontenti asanlıqla əlavə edə, silə və redaktə edə bilərsiniz. «1C-Bitriks: Saytın idarə edilməsi» mətnləri redaktə etməyə, şəkillər və videolar əlavə etməyə, interaktiv formalar və digər kontent elementləri yaratmağa imkan verən rahat vizual redaktor təqdim edir.
• İnternet-mağaza. Sifarişlərin tərtibatı, ödəniş sistemi inteqrasiyası, anbar idarəçiliyi, endirimlər və aksiyalar ilə effektiv internet-mağaza yaratmaq imkanı.
• SEO-optimizasiya. Axtarış sistemlərində kontenti optimallaşdırmaq üçün müvafiq məlumatları təhlil etmək vasitələri.
• Avtomatik back-up. Saytın Cloud-a avtomatik back-up edilməsi və oradan bərpa etmək imkanı.
• Sosial media inteqrasiyası. «1C-Bitriks: Saytın idarə edilməsi» vebsaytınızı Facebook, Twitter, Instagram və digər məşhur sosial şəbəkələrlə inteqrasiya etməyə imkan verir.

Bunlar «1C-Bitriks: Saytın idarə edilməsi» təklif etdiyi imkanlardan yalnız bəziləridir. Proqram həlli istənilən ölçüdə veb resursu yaratmağa, idarə etməyə və inkişaf etdirməyə imkan verən hərtərəfli vasitələri təqdim edir.

Məhsula aid şəkillər

BitrixSaytın idarə edilməsi Bitrixİnternet-mağaza BitrixCMS

Məhsul qiymətləri

Kod Məhsul adı Qiymət
2900001885904 1C: Predpr.8. ERP 000 000
2900001885904 1C: Predpr.8. ERP 000 000

Məsləhət xətti

İş saatları

Bazar ertəsi - Şənbə 10:00 - 19:00

Məlumat materialları

İcmal Təqdimat 2023

PDF- Sənəd

Vərəqə proqram həllinin funksionallığı haqqında məlumat verir: "1C: Müəssisə 8.3" texnoloji platformasında həyata keçirilən "1C: ERP Aqro-sənaye kompleksi 2"; onun tətbiqi sahəsini, həmçinin həllin istifadəçilərinə verdiyi üstünlükləri göstərir.