1C:Müəssisə logo

«Комpleks avtomatlaşdırma» müxtəlif biznes sahələrinin və fəaliyyət növlərinin avtomatlaşdırılması tələblərini təmin edən proqram həllidir. Bu həll biznesin mühüm sahələrini avtomatlaşdırmağa: mühasibat, ticarət, anbar, əmək haqqının hesablanması, kadr uçotu və s. imkan verir. Proqram həlli alətlərindən istifadə həm müəssisənin daxili bölmələrinin, həm də xarici mühitlə qarşılıqlı əlaqədə işləməsini təmin edir. (müştərilər, təchizatçılar, rəqiblər).

Proqram kiçik və orta biznes sahəsində istifadə üçün nəzərdə tutulmuşdur: ticarət müəssisələrində, kiçik istehsal sahələrində, xidmət göstərən şirkətlərdə. «1C: Kompleks avtomatlaşdırma» hazırda bir neçə ayrı məhsuldan istifadə edən, habelə idarəetmə və uçot ehtiyacları mövcud informasiya sistemlərinin imkanlarını aşan şirkətlər üçün ən uyğun seçimdir.

Biznes və qanunvericiliyin tələbləri dəyişdikcə, bu məhsulun rekonfiqurasiyası, funksionallığının daha geniş istifadəsi, "1C: Müəssisə 8" platforması üzrə digər proqramlarla inteqrasiyası və başqa həllər vasitəsilə genişləndirilməsi mümkündür. Proqram məhsulu müəssisəyə, mövcud vəziyyətdə tapşırıqlara və planlara uyğun olaraq, onun tətbiqi üçün ən əlverişli variantı seçməyə imkan verir.

«1C: Kompleks avtomatlaşdırma» proqram həlli aşağıdakı funksiyalara malikdir:

Planlaşdırma — Müəssisənin hədəflərinin proqnozlar və planlarda göstərilməsi:

  • Planlaşdırma üçün göstəricilərin, şərtlərin, tələblərin və məhdudiyyətlərin dəqiqləşdirilməsi;
  • Planlar sisteminin balanslaşdırılması.
  • 1CƏməliyyatuçotu
    1CPlanlaşdırma

    Əməliyyat uçotu:

  • satış, anbar və satınalmaların idarə edilməsi
  • müştəri münasibətlərinin idarə edilməsi (CRM)
  • qiymət təyinatı
  • operativ resurs planlaşdırması
  • pul vəsaitlərinin və hesablaşmaların idarə edilməsi
  • sadələşdirilmiş istehsal uçotu
  • əsas vəsaitlərin və avadanlıqların idarə edilməsi
  • maliyyə və vergi uçotu, reqlament hesabatı
  • əmək haqqının hesablanması və kadrların idarə edilməsi
  • rəhbərlər üçün performans monitorinqi və analitika
  • Maliyyə fəaliyyətinin monitorinqi — faktiki fəaliyyət nəticələrinin planlaşdırılan və ya standart dəyərlərdən ayrıldığı yerlərin tədqiqatı
    Reqlament uçotu — xarici istifadəçilər üçün hesabatların formalaşdırılması.

    Geniş və uyğun funksional imkanlara malik olan «1C:Kompleks avtomatlaşdırma» müəssisə sahibləri, rəhbərləri və əməkdaşları üçün həm gündəlik vəzifələrin icrası, həm də idarəetmə qərarlarının təhlili və dəstəyi üçün rahat və səmərəli olan vahid iş mühiti yaradır.

    1CAvtomatlaşdırma

    Məhsul qiymətləri

    Kod Məhsul adı Qiymət
    2900002134919 1C:Kompleks avtomatlaşdırma Azərbaycan üçün 2 redaksiya. Elektron çatdırılma 1890 AZN
    4601546118585 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 1 iş yeri üçün. Elektron çatdırılma. 220 AZN
    4601546118592 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 5 iş yeri üçün. Elektron çatdırılma. 750 AZN
    4601546118608 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 10 iş yeri üçün. Elektron çatdırılma. 1430 AZN
    4601546118615 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 20 iş yeri üçün. Elektron çatdırılma. 2310 AZN
    4601546061645 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 50 iş yeri üçün. Elektron çatdırılma. 5490 AZN
    4601546061652 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 100 iş yeri üçün. Elektron çatdırılma. 10540 AZN
    2900001992817 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 300 iş yeri üçün. Elektron çatdırılma. 31280 AZN
    2900001992824 1C:Müəssisə 8. İstifadəçi lisenziyası 500 iş yeri üçün. Elektron çatdırılma. 51910 AZN
    2900001734462 1C:Müəssisə 8. MİNİ server 5 qoşulma üçün. Elektron çatdırılma. 460 AZN
    2900001734448 1C:Müəssisə 8. Server lisenziyası. Elektron çatdırılma. 1540 AZN
    2900001734455 1C:Müəssisə 8. Server lisenziyası (x86-64). Elektron çatdırılma. 2630 AZN

    Məsləhət xətti

    İş saatları

    Bazar ertəsi - Şənbə 10:00 - 19:00

    Məlumat materialları

    PDF- Sənəd

    Vərəqə proqram həllinin funksionallığı haqqında məlumat verir: "1C: Müəssisə 8.3" texnoloji platformasında həyata keçirilən "1C: ERP Aqro-sənaye kompleksi 2"; onun tətbiqi sahəsini, həmçinin həllin istifadəçilərinə verdiyi üstünlükləri göstərir.