«1C: Mühasibatlıq 8» — proqramı, mühasibat uçotunun avtomatlaşdırılmasını yeni, daha yüksək səviyyəyə qaldıra bilən mühasibat proqramları arasında liderdir. Əlavə xidmətlərlə müşayiət olunan məhsul istənilən biznesdə mühasibat uçotu ilə bağlı problemlərin effektiv həllini təmin edir.
«1C: Müəssisənin idarəedilməsi» — vahid məlumat sistemində şirkəti idarə etməyə kömək edəcək geniş funksional imkanları təqdim edir: müştəri bazası; bank və kassa əməliyyatları; kontragentlərlə hesablaşmalar; kadrlar, büdcə, sifarişlərin, materialların, malların, məhsulların və xərclərin uçotu; ticarət əməliyyatları, o cümlədən pərakəndə satış və kommersiya avadanlığının birləşdirilməsi; iş sifarişlərinin, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin uçotu; əmlakın uçotu; gəlirlərin, xərclərin, mənfəət və zərərin, kapitalın uçotu və s.
«1C: Əmək haqqı və kadrların idarə edilməsi 8» — Əmək haqqının hesablanması və kadrların idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün xüsusi olaraq hazırlanmış proqram həllidir. Proqram, kadrların uçotu, əmək haqqı, məzuniyyət və xəstəlik vərəqələri, hesabat və s. daxil olmaqla, effektiv kadr proseslərinin idarə edilməsi üçün hərtərəfli alətlər dəstini təqdim edir.
«1C: Kompleks avtomatlaşdırma» — proqramı, müəssisədə idarəetmə və mühasibat uçotunun əsas vəzifələrini özündə birləşdirən vahid məlumat sistemi yaratmaq üçün nəzərdə tutulmuşdur. Bu həll şirkətin fəaliyyətinin əsas sahələrinin: maliyyə uçotu, ticarət, anbarların idarə edilməsi, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılmasına kömək edir.
«1C: ERP Müəssisənin idarəedilməsi» — məhsulu iri və orta biznesin, şaxələndirilmiş şirkətlərin fəaliyyətinin avtomatlaşdırılması üçün qabaqcıl, qlobal və yerli üsulları nəzərə alaraq, inteqrasiya olunmuş informasiya sistemlərinin yaradılması üçün müasir həll yoludur.
«1C: Holdingin idarəedilməsi 8» proqramı — şirkətlərin və holdinqlərin biznes bölmələrinin maliyyə xidmətlərinin işini avtomatlaşdırmaq, biznes proseslərinin səmərəli idarə edilməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Sürətli icra müddəti və dəstəyin aşağı qiyməti, idarəetmə və maliyyə sahəsində prinsipial olaraq yeni nəticələr əldə etməyə imkan verir.
«1С: Sənəd dövriyyəsi» — sənədlərlə işi avtomatlaşdırmaq üçün xüsusi bir vasitə - 1С: Sənəd dövriyyəsi proqram məhsulu istifadə olunur. ECM (Enterprise Content Management) sistemi 1С: Sənəd dövriyyəsi şirkət daxilində biznes prosesləri və əməkdaşların işini idarə etmək üçün müasir bir vasitədir.